14 Noyabr 2019 11:17
1 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda türk həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşən ABŞ Prezidenti Donald Trampın mətbuat konfransında jurnalistə verdiyi cavab diqqət mərkəzinə düşüb.

Teleqraf.com xəbər verir ki, konfransda Tramp Ərdoğandan sual vermək üçün bir jurnalist seçməsini istəyib.

Bundan sonra Türkiyə prezidenti “Sabah” qəzetinin əməkdaşı Hilal Kaplanı seçib.

Kaplan isə Trampın sələfi Barak Obamanın xətalı xarici siyasətini düzəltmək, YPG terror təşkilatına dəstəyi dayandırmaq kimi bir məsuliyyətinin olduğunu bildirib.

O, ABŞ prezidentinin SDQ terror təşkilatının lideri Məzlum Kobanini Ağ Evə dəvət etməsini də xatırladıb.

Donald Tramp isə türk jurnalistə verdiyi cavabda Kobani ilə yaxşı bir görüşün keçirildiyini, ABŞ-ın həm onunla, həm də Ərdoğanla işlədiyini bildirib.

Bundan sonra Tramp Kaplandan Ərdoğana da sual verməsini istəyib. Lakin bu an Tramp türk jurnalistə “Xəbər hazırladığınızdan əminsiniz? Bu sualla Türkiyəyə xidmət etmirsinizmi?” sualını verib.


Müəllif: Mənsur Rəğbətoğlu