14 Noyabr 2019 15:02
2 217
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ağ Evdə keçirilən mətbuat konfransında dünyanın ən güclü ölkəsinin lideri sanki Tramp yox, Ərdoğan idi. Türkiyə prezidenti fürsətdən istifadə edərək, jurnalistlər və dünya ictimaiyyətinin qarşısında ABŞ-a nəsihət verdi”.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri yazıb.

Nəşr ABŞ və Türkiyə prezidentləri arasında Vaşinqtonda keçirilən görüşə yer ayırıb:

“Bu səfərdən məmnun olan tərəf Türkiyə prezidentidir. Lakin görüş konkret nəticə vermədi. Bununla belə, Türkiyənin Suriyada hərbi əməliyyatlar keçirməsindən sonra Ankara və Vaşinqton arasında yaranan gərginlik bu görüşdə özünü hiss etdirmədi. Görünən budur ki, Tramp Ərdoğanla əlaqələrini lap başdan başlamaq niyyətindədir”.

“Zeit” qəzeti isə Ərdoğan və Trampı “ruh əkizi” adlandırıb:

“Vaşinqtona səfərinin Ərdoğanın işinə yaradığını demək mümkündür. Çünki Trampla ən kiçik təmas da, Türkiyə prezidenti üçün bir fürsət deməkdir. Hər nə qədər ABŞ və Türkiyə arasında gərginlik olsa da, Ərdoğan və Tramp arasında təəccüb yaradacaq qədər isti münasibət var. İki lider arasındakı bu əlaqə iki müttəfiq arasındakı münasibətlərin qopmamasının əsas səbəbidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər