15 Noyabr 2019 12:12
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondu (RİF) və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDİF) yaratdığı birgə konsorsium Rusiyann neft avadanlıqları istehsalçısı olan “Novomet”in 30,7 faizini alıb.

Teleqraf.com xəbər verir ki, məlumatı Rusiya Federal Anti-İnhisar Xidmətinin direktoru İqor Artemev təsdiq edib.

O bildirib ki, “Novomet”in səhmlərinin 30,7 faizlik hissəsinin satışına Rusiya hökumətinin xarici investisiya nəzarəti komissiyası razılıq verib.

Razılaşmaya əsasən RDİF “Novomet”ə aid 10,21 faizlik səhmin yeni sahibi olacaq. “Novomet”in 20,5 faizlik hissəsi ilə RİF-ə məxsus olacaq.

Bu razılaşma Rusiya və Səudiyyə Ərəbistanı arasında ilk ortaq yatırım kimi tarixə düşür.

Xatırladaq ki, “Novomet”in 30,7 faizlik səhmlərinin satışına dair anlaşma ötən ay Vladimir Putinlə Kral Salman arasnda imzalanıb.


Müəllif: Cavad