15 Noyabr 2019 19:44
1 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ 2001-ci il sentyabrın 11-də baş verən terror aktından sonra müharibə və hərbi əməliyyatlara 6 trilyon dollar maddi vəsait xərcləyib.

Teleqraf.com xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin ayrı-ayrı ölkələrdə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 800 min insan həyatını itirib.
Amerikanın Vatson İnstitutu və Brovn Universiteti Pentaqonun 11 Sentyabr terrorundan sonrakı fəaliyyətinə dair araşdırma aparıb.

Hesabata görə, xərclərin 1 trilyon dolları hökumətin hərbçilərin maaşları üçün ayırdığı vəsaitlər təşkil edib.
Hesabata Əfqanıstan, Pakistan, İraq, Suriya, Yəmən və digər ölkələrdə həyata keçirilən əməliyyatlar daxildir.
Bu əməliyyatlarda təkcə İraqda 184-207 min mülki insan həyatını itirib. Ən çox amerikalı hərbçinin həlak olduğu ölkə də İraqdır. Bütün əməliyyatlarda həlak olan mülki insanların sayı isə 312-335 mindir.


Müəllif: Mənsur Rəğbətoğlu