17 Noyabr 2019 12:34
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanda Avropa İttifaqı-Özbəkistan-Əfqanıstan formatında qadın kadrların hazırlanmasına başlanılıb.

Teleqraf.com xəbər verir ki, Özbəkistan və Avropa İttifaqı (Aİ) əfqanıstanlı qadınların iqtisadi hüquqlarının və imkanlarının qorunması üçün proqram hazırlayıb.

Proqrama əsasən Əfqanıstan qadınları Özbəkistanda və Qazaxıstanda müxtəlif sahələr üzrə ali təhsil alacaqlar.

Özbəkistanın Xarici İşlər naziri Əbdüləziz Kamilov qeyd edib ki, Aİ ilə birgə proqram əfqanıstanlı qadınların kənd təsərrüfatı, dəqiq elmlər və dağ-mədən sənayesi sahələrində təhsil almaları, onların öz ölkələrinin sosial və siyasi həyatında fəal iştirak etmələri üçün şərait yaradacaq. Məlumata görə, Termezdə yaradılan təhsil mərkəzində artıq 100 əfqan qadın diplom alaraq vətəninə qayıdıb


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər