18 Noyabr 2019 15:17
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Kerç boğazı yaxınlarında müsadirə etdiyi üç gəmini Ukraynaya təhvil verib.

Teleqraf.com xəbər verir ki, AFR agentliyi bu məlumatı Rusiya Xarici İşlər Nazirliyinə istinadən yayıb.

Xatırladaq ki, Rusiya hərbi gəmiləri ötən il Kerç boğazı yaxınlarında milli suları pozduğu iddiası ilə Ukrayna Dəniz Donanmasına aid 3 gəmini ələ keçirərək heyəti həbs etmişdi.

Beynəlxalq Dəniz Hüququ Məhkəməsi may ayında Rusiyanın zor gücünə əl qoyduğu 3 gəminin və 24 nəfər heyətin dərhal azad edilməsinə dair qərar çıxarmışdı.


Müəllif: Cavad