ABŞ Dövlət Departamentinin Münaqişə və Təhlükəsizlik Əməliyyatları Bürosu rəhbərinin köməkçisi Mina Çanq istefa verib.
Teleqraf.com xəbər verir ki, Çanq bu qərarı departamentə təqdim etdiyi avtobioqrafiyasının saxta olduğu aşkar edildikdən sonra verib.
Xanım diplomatın istefa məktubunda yalanının ifşa olunmasına baxmayaraq özünü günahkar hesab etməməsi diqqət çəkib: “Barəmdə yayılan məlumatlara etiraz olaraq istefa verirəm, bu, təslim olacağım demək deyil”.
Bir neçə gün əvvəl Mina Çanqın işə qəbul olmaq üçün departamentə saxta avtobioqrafiya təqdim etdiyi üzə çıxıb. O, özü barədə hazırladığı tərcümeyi-halda Harvard Universiteti və Hərbi Kollecin məzunu olduğunu, o cümlədən “Taym” jurnalının ondan müsahibə aldığını iddia edib.
Çanqın iddialarının heç biri öz təsdiqini tapmayıb.