20 Noyabr 2019 15:38
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maltalı iş adamı Yurgen Feneç öz yaxtasına həbs edilib.

Teleqraf.com xəbər verir ki, milyarder iş adamı maltalı müxalif jurnalist Dapne Karuana Qaliziyanın ölümündə şübhəli bilinir.

Qaliziya 2017-ci ildə sui-qəsd nəticəsində həyatını itirib. Feneçin jurnalistin qətlində əlinin olması iddia edilir.

Dünən Malta hökuməti cinayətdə adları hallanan şəxslərin əfv ediləcəyini açıqlamışdı. Malta Baş naziri Joze Muskat Qaliziya cinayətinə qarışanların əfv olunacağını təsdiq edən sənədi də dünən imzalamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu