19 Sentyabr 2014 10:02
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdadın fərqli bölgələrində təşkil olunan hücumlarda 29 nəfərin həyatını itirib, 71 nəfərin yaralanıb.

Teleqraf.com-un Anadolu agentliyinə istinadən verilən xəbərə görə, Bağdadın cənub qərbindəki əl-Amil məhəlləsində bir kafenin yaxınına təşkil olunan bombalı hücumda 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Təhlükəsizlik qaynaqları Bağdadın şimalındakı Kazımiye bölgəsində restoranların və hərbi kəşfiyyat qərargahının yaxınlığına partlayıcı yüklü iki avtomobillə hücum təşkil olunması və yenə eyni bölgəyə hava zərbələri nəticəsində 21 nəfərin həyatını itirdiyini, 48 nəfərin yaralandığını bildirib.

Bağdadın qərbindəki Salam məhəlləsi yaxınlığında təşkil olunan hücumda 2 nəfərin həyatını itirdiyini, 5 nəfərin yaralandığı, Kıreyat bölgəsinə mərmi düşməsi nəticəsində isə 3 nəfərin öldüyü, 7 nəfərin yaralandığı açıqlanıb.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər