“Türkiyə baş nazirin keçmiş müavini Ali Babacanın quracağı siyasi təşkilatın adı Zehin və Elm Partiyası olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu türk politoloq Kamal Özkiraz deyib.
Ekspertin iddiası Türkiyənin nüfuzlu KİV-lərində günün müzakirə mövzusuna çevrilsə də, o, sonradan bu açıqlamasını təkzib edib.
Özkiraz bunun cəmiyyətin reaksiyasını yoxlamaq üçün bir test olduğunu bildirib və iddianın ortaya çıxmasından sonra bunun araşdırılmadan mediada yayımlandığını qeyd edib.
“Bu, tamamilə uydurma bir xəbərdir, mən uydurmuşam. Əslində bir testdir. Onlarla xəbər saytı bir saat keçmədən bunu yayımladı, amma kimsə araşdırmadı. Türk mediasının vəziyyəti budur.
Bəs niyə Babacanı seçdim? Səs verməyəcəyəm, heç olmasa reklam edim”.