ABŞ prezidenti Donald Tramp gözlənilmədən Əfqanıstana səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edilir ki, ABŞ dövlət başçısı Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşüb.
Donald Trampın həmçinin hərbçilərlə nahar edib.
Qeyd edək ki, ABŞ lideri ötən həftə Əfqanıstan prezidenti ilə telefon vasitəsilə danışıq aparıb. Tramp Əşrəf Qənini Vaşinqtona rəsmi səfərə dəvət edib.
Dövlət başçıları həmçinin radikal "Taliban" hərəkatı ilə sülhə nail olunmasına dair planın 7 maddəsini müzakirə ediblər.
ABŞ prezidenti "Taliban"ın oğurladığı ABŞ və Avstraliya professorların azad edilməsinə görə, Əfqanıstan prezidentinə təşəkkür edib.