Kubanın həbsdə olan müxalifət lideri Xose Daniel Ferrerinin yeni görüntüləri yayılıb.
Teleqraf.com xəbər verir ki, Kuba Vətənpərvərlər Partiyasının sədri kamerada başını masaya çırparaq "bu adamlar mənə işgəncə verirlər" deyə bağırıb və başını masaya çırpıb.
Ferrer insan oğurluğu, kütləvi iğtişaşlar hazırlamaq və digər cinayətlərdə ittiham olunur.
İttiham aktında qeyd olunub ki, Xose Daniel Ferrer ABŞ-ın Havannadakı səfirliyinin dəstəyi ilə Kubanın konstitusiya quruluşunu dəyişmək istəyib.