29 Noyabr 2019 11:53
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gözlənilmədən Əfqanıstana gedən ABŞ Prezidenti Donald Tramp bu ölkədəki amerikalı hərbçilər üçün ziyafət təşkil edib.

Teleqraf.com xəbər verir ki, ziyafətdə çıxış edən Tramp “Taliban”la müzakirələrin yenidən başladığını bildirib.

“Röyter”in məlumatına görə, təhlükəsizlik səbəbindən gizli saxlanılan uçuşdan sonra Əfqanıstana çatan prezident “Taliban”ın Vaşinatonla müzakirələrə başlamaq istədiyini, bu təklif qəbul etdiyini açıqlayıb.

“Taliban” bizimlə anlaşmaq istəyir, biz də onlarla görüşürük. Biz əvvəlcə atəşkəs istədiyimizi dedik, amma onlar qəbul etmədilər, indi deyəsən, onlar atəşkəs istəyir. Böyük ehtimalla belə də olacaq”.

“Röyter” keçən həftə Dohada amerikalı rəsmilərlə “Taliban” arasında görüşün baş tutduğunu, atəşkəsin elan edilməsi haqda anlaşmanın əldə edildiyini bildirib. Mənbə Trampın bu məqsədlə Əfqanıstana getdiyini bildirib.

Donald Tramp gecə saatlarında gözlənilmədən Əfqanıstana gedib.


Müəllif: Mənsur Rəğbətoğlu