30 Noyabr 2019 09:16
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanla Rusiya arasında S-400 mövzusunda razılaşma qətiləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar deyib.

Nazirin sözlərinə görə, milli təhlükəsizlik və müdafiə sahəsində verilən qərarlar başqa ölkələrin təsiri altında qalmayacaq: “Əgər S-400 almaq məsələsində qərar verdiksə, digər ölkələr bu qərara hörmətlə yanaşmalıdır”.

Xatırladaq ki, Hindistan ABŞ-ın təzyiqlərinə baxmayaraq Rusiya ilə 5,4 milyard dollar qarşılığında 4 ədəd S-400 kompleksi almaq haqda saziş imzalayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər