30 Noyabr 2019 20:16
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın Oş şəhərində TÜRKSOY Mədəniyyət nazirlərinin 37-ci iclası keçirilir.

Azərtac Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclasda TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Oş şəhərinin meri Taalaybek Sarıbaşev, təşkilata üzv olan dövlətlərin mədəniyyət nazirləri və müavinləri iştirak edir.

Ölkəmiz bu tədbirdə Azərbaycan Mədəniyyət nazirinin müavini Rafiq Bayramovla təmsil olunur.

İclasda təşkilatın maliyyə hesabatı, “Oş-Türk dünyasının mədəniyyət paytaxtı-2019” çərçivəsində keçirilən tədbirlər, 2020-ci il üçün Türk dünyasının Mədəniyyət paytaxtının seçilməsi, gələn il üçün TÜRKSOY-un fəaliyyət planının müzakirəsi, təsdiq olunması və digər məsələlər müzakirə ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər