Suriyadan “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının hücumlarından qaçaraq Türkiyə sərhədinə gələn 4 min nəfər üçün sərhədlər açılıb.
Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
Onun sözlərinə görə, suriyalı qaçqınlar ən qısa zamanda yerləşdiriləcək.
Davudoğlu Türkiyənin ayrı-seçkilik etmədən hər kəsə yardım etməyə hazır olduqlarını deyib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.