5 Dekabr 2019 08:17
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən iclasında iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, nazirlərin toplantısı “Xalqlar naminə, dialoq və sabitlik üçün” şüarı altında keçiriləcək.

Görüşün əsas mövzusu, gözlənildiyi kimi, ATƏT məkanında münaqişələrin - Ukraynanın şərqindəki, Dağlıq Qarabağdakı və Dnestryanı bölgədəki böhranlı vəziyyətlərin nizamlanması olacaq.


Müəllif: Teleqraf.com