20 Sentyabr 2014 13:38
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terror aktlarının hazırlanmasında şübhəli bilinən bütün şübhəlilər həbs olunub.

Teleqraf.com-un itar-tass.com-a istnadən verdiyi xəbərə görə, Belçikanın xüsusi xidmət orqanları son bir neçə ay ərzində Suriyadan qayıdan və silsilə terror aktları hazırlamaqda şübhəli bilinən müsəlman belçikalıları saxlayıb.

Bildirilir ki, bu məlumatlar əhali arasında vahimə yaratmamaq üçün əvvəlcədən açıqlanmır.Verilən məlumatlarda indiyədək 90-a yaxın insan şübhəli olaraq saxlanılıb.

Ümumiyyətlə isə rəsmilər Suriyada 300-dək belçikanın radikal müsəlman mücahidlər sıralarında döyüşdüyünü bildirirlər.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: