15 Dekabr 2019 15:25
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nepalın Sindhupalçok rayonunda avtobusun 500 metr yüksəklikdən düşməsi nəticəsində ən az 13 nəfər ölüb, onlarla insan yaralanıb.

Teleqraf.com-un məlumatına görə, zəvvarları daşıyan avtobus sürücüsü idarəetməni itirib, nəticədə avtobus 500 metr yüksəklikdən aşıb. Hakimiyyət orqanları bildirib ki, qurbanların sayı arta bilər.

Hazırda polis və yerli sakinlər xilasetmə əməliyyatı aparır. Zərərçəkənlər yaxınlıqdakı tibbi müəssisələrə çatdırılıb.


Müəllif: Teleqraf.com