Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Con Brenan ( John Brennan) Milli İstihbarat Təşkilatının (MİT) müstəşarı Hakan Fidana telefon açaraq "İslam Dövləti"nin (İŞİD) girovluğunda olan 46 Türkiyə vətəndaşının xilası münasibəti ilə təbrik edib.
Teleqraf.com Türkiyənin "Milliyet" qəetinə istinadən xəbər verir ki, 101 gündən sonra türk girovların xilas edilməsi münasibəti ilə MİT-i təbrik edən xarici təhlükəsizlik orqanları sırasında CİA-nın rəhbəri Con Brenan da olub.
Qeyd olunur ki, MİT daha öncə İŞİD-in əlindəki Fransa və İspaniya vətəndaşlarını girovluqdan xilas edilməsində rol oynayıb. Livan və İran vətəndaşlarının da girovluqdan azad edilməsində MİT-in İŞİD-lə danışıqlar apardığı bildirilir.
Ruslan