2018-ci ildə fəaliyyəti planlaşdırılan ABŞ-ın Virciniya ştatında qurulmuş İkinci Donanma rəsmən fəaliyyətə başlayıb.
Teleqraf.com xəbər verir ki, Amerikanın yeni donanmasının İslandiya adası sahillərində hərbi təlimləri baş tutub.
Təlimlər haqda açıqlama verən Virciniya Donanmasının komandanının köməkçisi Endryu Levis deyib: “Müttəfiqlərimiz və rəqiblərimiz dünyanın ən aktiv nəqliyyat xətlərinin Şimali Atlantikdən keçdiyini bilir. Rəqabətin getdiyi bu bölgədə İkinci Donanmanın fəaliyyətinə ehtiyac vardı, bununla savaşa hazır olduğumuzu da bildiririk”.
İkinci Donanma Şimali Kola yarımadasından Şimali Atlantik okeanı hövzəsi, Norveç sahilərindən Barens dənizinə Rusiyanın sualtı hərbi gəmilərinin hərəkətinə nəzarət edəcək.
1950-ci ildə qurulan İkinci Donanma “soyuq müharibə” dönəmində SSRİ-yə qarşı mübarizədə önəmli rol oynamışdı. Lakin donanma 2011-ci ildə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın qərarı ilə ləğv edilmişdi.