7 Yanvar 2020 11:04
2 915
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Müdafiə Nazirliyinin Liviyaya göndərdiyi hərbi birliklər xidmətə başlayıb. Türk ordusu ilk növbədə qiyamçı general Xəlifə Haftarın hərbi bazalarına zərbələr endirəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Liviya Silahlı Qüvvələrinin komandanı Nasir Əmmar deyib.

Əmmar qeyd edib ki, Türkiyə Liviya Barış Hökumətinə hava hücumundan müdafiə sistemləri və hərbi mütəxəssislər göndərib: “Bunlarla istənilən hava hücumundan müdafiə sistemlərini vura bilərik”.

Ərəb mediası isə türk hərbi qüvvələrinin Tripoliyə radar və radio tezliklərə nəzarət edə bilən qurğular gətirdiyini yazıb. Mənbələr Liviyaya göndərilən türk qüvvələrinin Haftar ordusunu darmadağın edə biləcəyini iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər