7 Yanvar 2020 14:57
1 860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın ədliyyə naziri Rustam Badasyan “Veto” Hərəkatının lideri Narek Malyanı məhkəməyə verib.

Teleqraf.com xəbər verir ki, Badasyan şərəf və ləyaqətinə, eləcə də işgüzar nüfuzuna dəyən ziyana görə kompensasiya tələb edir.

Narek Malyan ötən ilin iyununda Artak Zeynalyanın Ermənistanın ədliyyə naziri vəzifəsindən istefa verməsindən sonra Açıq Cəmiyyət İnstitutunun (Soros Fondu) İrəvan ofisinin yaxınlığında etiraz aksiyası keçirib. Malyan etiraz aksiyası zamanı Rustam Badasyanın Soros Fondu tərəfindən növbəti ədliyyə naziri təyin ediləcəyini iddia edib.

Narek Malyan, eyni zamanda mövcud hökumətin bir çox nümayəndəsinin, o cümlədən Baş nazir Nikol Paşinyanın bu ofislə gizli əməkdaşlıq etdiyini bildirib.

O, Paşinyan və komandasının Soros Fondunun İrəvan ofisinin icraçı direktoru Larisa Minasyana tabe olduqlarını vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər