7 Yanvar 2020 20:53
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya parlamentinin deputatları Pedro Sançesin hökumət başçısı postuna namizədliyini dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, Sançesin namizədliyi səsvermənin ikinci turunda kiçik üstünlüklə təsdiqlənib. Onun lehinə 167, əleyhinə isə 165 deputat səs verib. Daha 18 deputat səsvermədə iştirak etməyib.

Xatırladaq ki, səsvermənin bazar günü keçirilən birinci turunda Sançes deputatların mütləq çoxluğunun dəstəyini qazana bilməmişdi. İkinci turda isə qələbə üçün adi səs çoxluğu kifayət edirdi.

İspaniyada son bir ildə iki dəfə seçki keçirsə də, hökumət yazdan bəri səlahiyyətlərin icraçısı statusunda fəaliyyət göstərirdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər