23 Sentyabr 2014 10:17
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Hunan əyalətində fabrikdə baş verən partlayışda ən az 12 nəfərin öldüyü, 2 nəfərin itkin düşdüyü və 33 nəfərin də yaralandığı bildirilib.

Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, partlayış Liling şəhərinə bağlı Baofeng kəndindəki Nanyang pirotexniki zavodunda dünən yerli vaxtla 15:00-da baş verib. Partlayış zamanı hadisə yerində 47 fəhlənin olduğu qeyd edilib.

Yaralananlar arasında yoldan keçənlər də olduğu qeyd olunub. Rəsmilərin verdiyi məlumatda partlayışdan 3 fəhlənin xəsarət almadan xilas olduğunu bildirilib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: