10 Yanvar 2020 11:03
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan Baş naziri Kiriakos Miçotakis ABŞ Prezidenti Donald Trampla görüşdə “F-35” döyüş qırıcılarının istehsal və tədarük proqramında iştirak etmək istədiklərini bildirib.

Teleqraf.com xəbər verir ki, görüşdən sonra Yunanıstan müdafiə naziri Nikos Panagiotopoulos məsələ ilə əlaqədar açıqlama verib.

Panagiotopoulos 3 milyard dollar 24 ədəd “F-35” ala biləcəklərini iddia edib.

Nazir bu addımı hava hücumundan müdafiə sahəsində Türkiyə üzərində üstünlüyü təmin etmək məqsədilə atmaq istədiklərini deyib.

Yunan nazir müzakirələrin uzun müddət davam edəcəyini bildirərək, “F-35” satın alma prosesinin 2024-cü ildən sonra başlaya biləcəyini qeyd edib.

Türkiyənin “F-35” proqramından çıxarılması təslimat işini çətinləşdirib. 75 ədəd “F-35” döyüş qırıcısının təslim edilməsi bu səbəbdən təxirə salınıb. Eyni zamanda, Türkiyənin istehsal etdiyi texniki avadanlıqlar üçün istehsalçı dəyişikliyi də proqramın sürətini zəiflədəcək. Bu, “F-35”-lərin xərclərini də artıracaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər