10 Yanvar 2020 11:29
2 717
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu ilin mart ayından Ukraynanın işğal edilmiş Krım (Simferopol) bölgəsi ilə İrəvan (Ermənistan) arasında müntəzəm təyyarə reyslərinin açılması planlaşdırılır”.

Teleqraf.com-un məlumatına görə, bu barədə separatçı bölgənin “parlamentinin turizm, kurortlar və idman komitəsinin rəhbəri” Aleksey Çernyak bildirib.

Çernyak qeyd edib ki, bu ilin mart ayından etibarən Krım və Ermənistan arasında müntəzəm uçuşların həyata keçirilməsi planlaşdırılır:

“İkar Hava Yolları Rusiya Federal Hava Nəqliyyatı Agentliyindən müntəzəm uçuşlar üçün müvafiq icazə və təsdiq alıb. Uçuşlar mart ayından həftədə iki dəfə planlaşdırılır”.

Onun sözlərinə görə, Simferopol və İrəvan arasındakı hava yolu Krımın Rusiyaya “birləşməsindən” sonra ilk müntəzəm beynəlxalq reys olacaq”.

Separatçıların nümayəndəsi müntəzəm uçuşların açılmasının Krıma beynəlxalq uçuşların başlamasını və Simferopol hava limanının beynəlxalq statusunu daha da gücləndirəcəyini vurğulayıb.

Əlavə edək ki, bir müddət əvvəl Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan vətəndaşlarının və rəsmi nümayəndələrinin Rusiya tərəfindən işğal edilmiş Krım bölgəsinə qanunsuz səfəri ilə bağlı rəsmi İrəvana xəbərdarlıq edib. Buna başqa, XİN Ukrayna vətəndaşlarına müraciət edərək, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə getməməyə çağırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər