Omanın yeni sultanı Haytam bin Tariq əl-Səid olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Oman dövlət televiziyası məlumat yayıb.
O, taxtda bu gün 79 yaşında vəfat edən Kabus bin Səidi əvəz edib.
2014-cü ildən bu yana iki dəfə müalicə üçün xarici ölkəyə üz tutan mərhum sultan sonuncu dəfə dekabrın 13-də müalicəyə getdiyi Belçikadan ölkəsinə geri qayıtmışdı.