12 Yanvar 2020 17:12
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın general Qasım Süleymaninin qisasını almaq məqsədilə hücum etdiyi ABŞ-ın İraqdakı Ayn əl-Əsad bazası ilk dəfə yaxından görüntülənib.

Teleqraf.com xəbər verir ki, görüntüləri CNN telekanalı yayıb. ABŞ hərbçilərinin çoxunun yerli vaxtla 23:00-da bazanı tərk etdiyi, qalanlarının sığınacaqda yerəşib raket hücumunu gözlədiyi bildirilib.

Kanalın məşhur müxbiri Arva Damonun sözlərinə görə, İranın hücum edəcəyi iki saat yarım öncədən bəlli olub. Kəşfiyyat məlumatını Avropa üzrə səfirlərdən birinin verdiyi vurğulanır.

Məlumata görə, heç kəsin raket hücumu zamanı ziyan çəkməməsi möcüzə kimi qiymətləndirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər