Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İtaliya Baş naziri Cüzeppe Konte arasında görüş baş tutub.
Teleqraf.com xəbər verir ki, təkbətək və heyətlər arasında görüş saat yarım mətbuata qapalı keçirilib.
Ərdoğanın dəvəti ilə Türkiyədə ilk dəfə səfərdə olan Konte ilə görüş Ankarada prezidentin iqamətgahında baş tutub.
Tərəflər Liviya başda olmaqla regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıblar.