Moskvada Türkiyə-Rusiya-Suriya rəsmilərinin iştirakı ilə üçlü görüş keçirilib. Görüşdə Türkiyəni Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri Hakan Fidan, Suriya tərəfini isə Milli Təhlükəsizlik Bürosunun rəhbəri, gebneral Əli Məmlük təmsil edib.
Teleqraf.com xəbər verir ki, məlumatı Suriyanın rəsmi dövlət agentliyi olan SANA yayıb.
“Royter” agentliyi bu görüşü “ilk rəsmi təmas” kimi təqdim edib.
SANA agentliyi isə iddia edib ki, Əli Məmlük Türkiyə tərəfindən Suriya Ərəb Cümhuriyyətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün tanınması və Suriya torpaqlarından dərhal çıxmasını tələb edib.
İddiaya görə, general Əli Məmlük MİT rəhbəri Fidan qarşısında Soçi razılaşması çərçivəsində İdlibdə terrorçular və ağır silahların təxliyə edilməsi, Hələb-Kazkiyə və Hələn-Hama yolunun açılması məsələsini də qaldırıb.
“Röyter” agentliyinə adının çəkilməsini istəməyən türk rəsmisi bildirib ki, görüşdə PKK-nın Suriya şəbəkəsi olan YPG-yə qarşı birlikdə işləmək imkanları dəyərləndirilib.