14 Yanvar 2020 18:31
2 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş hakim Respublikaçı partiyası sədrinin müavini Armen Aşotyan Milli Təhlükəsizlik Şurasının keçmiş rəisi, general Artur Vanetsyanla bağlı ilginc iddia ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, o, Vanetsyanın Baş nazir Nikol Paşinyanın ruhi-psixoloji vəziyyətinin normal olmaması və Rusiya ilə bağlı siyasətinə etiraz etməsi səbəbindən istefa verdiyini bildirib.

Armen Aşotyan Vanetsyana hələ də aktual olan dörd məsələni xatırladıb:

“Cənab Vanetsyan baş nazirin ruhi vəziyyətini necə qiymətləndirir?

Baş nazir müxalifəti sıxışdırmaq, ittiham olunan dəlillər toplayıb təqib etmək barədə ona hansı göstərişi verdi?

Cənab Vanetsyan Nikol Paşinyanın yürütdüyü xarici siyasəti, xüsusən Rusiya ilə real münasibətləri necə qiymətləndirir?

Cənab Vanetsyan Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasətinə necə baxır?”

Aşotyan qeyd edib ki, Artur Vanetsyan Respublikaçı Partiyasına ciddi bir siyasi təklif təqdim etməyə çalışırsa, yuxarıda qeyd olunan suallara cavab verməli, Paşinyan ailəsi haqda məlumatları açıqlamalıdır: “Təhlükəsizlik xidmətinin keçmiş rəhbəri suallara cavab vermirsə, bu, bizim şübhələrimizin təsdiqlənməsi kimi qəbul ediləcək. Sullara cavab versə, onun irəli sürdüyü siyasi təkliflər ciddi qəbul olunacaq”.

Armen Aşotyan hesab edir ki, Respublikaçı Partiyası olmadan yeni hökumətə qarşı səfərbərlik mümkün olmayacaq: “Partiya öz mövqeyini möhkəmləndirmək fürsətini əldən vermir, siyasi qüvvələri hakimiyyətə aparan yol buradan keçir”.

Rusiyanın hakim siyasi elitasına yaxınlığı ilə seçilən Artur Vanetsyanın Respublikaçı partiyasının sədri, keçmiş prezident Serj Sərkisyana yeni siyasi təkliflər verməsi haqda məlumat yayılıb. Təkliflərin nədən ibarət olduğu açıqlanmasa da, bunun Nikol Paşinyan hökumətinə qarşı yeni siyasi plan olduğu bildirilib.

Əlavə edək ki, Artir Vanetsyan ötən il Baş nazir Nikol Paşinyanın xarici və daxili siyasətinə etiraz olaraq postundan istefa verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər