Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu Prezident Rəcəb Tayyib Ərdoğana verdiyi məktub haqda danışıb.
Teleqraf.com xəbər verir ki, İmamoğlu sözügedən məktubu prezidentin bələdiyyə sədrləri ilə görüşündə təqdim etdiyini bildirib.
Məktub haqda jurnalistlərə açıqlama verən Əkrəm İmamoğlu onun və fəaliyyəti haqda Ərdoğana yanlış məlumat verdiklərini, məktubda da bu haqda yazdığını vurğulayıb:
“Son günlərdə, xüsusən də nazirlər mənim haqda yanlış fikirlər irəli sürürlər. Gah deyirlər ki, İmamoğlu metronu dayandırdı, gah deyirlər, nəqliyyat iflic olub. Məsələn, “heç bir problem yoxdur” deyib cənab prezidentə yanlış məlumatlar verirlər. Ona mətbuat konfransı keçirməyi təklif etdim.
Mən on altı milyon insanın bələdiyyə sədriyəm, cənab prezident də ailəsi ilə birlikdə bizim həmyerlimizdir. Mən də bu şəhərin ən böyük, ən dəyərli şəhərinin bələdiyyə sədriyəm. Bütün problemlər haqda ona yazmışam, indi ədalətli davranıb təklifimi yerinə yetirəcəyini gözləyirəm”.