20 Yanvar 2020 19:16
1 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin gələn həftə İrana səfər edəcək.

Teleqraf.com xəbər veri ki, bu barədə İran Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

“Gələn həftə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin İran rəsmiləri ilə məsləhətləşmələr üçün Tehrana gələcək”, – deyə İran XİN-in nümayəndəsi Abbas Musəvi keçirdiyi brifinqdə bildirib.

Qeyd edək ki, Dövlət Dumasının sədri Rusiyada hakimiyyət bölgüsündə dördüncü yerdə (prezident, baş nazir və Federal Məclisin sədrindən sonra) dayanır.


Müəllif: Səxavət

Oxşar xəbərlər