20 Yanvar 2020 14:48
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada isti su xətlərinin partlaması nəticəsində 5 nəfər yanaraq ölüb.

Teleqraf.com xəbər verir ki, faciə Perm şəhərində baş verib. Şəhərdə yerləşən otelin yaxınlığından keçən ümumi istilik sisteminin borusunda böyük partlayış baş verib.

Daha sonra qaynar su otelə axıb. Ətrafa daşan qaynar su çoxlu sayda insana zərər versə də, adamlar hadisə yerindən uzaqlaşa bilib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dəvət edib. Bundan sonra borulara verilən qaynar su dayandırılıb. Otelə daxil olan xilasedicilər 4 nəfərin cəsədi ilə qarşılaşıb. Daha 4 nəfərin bədəni isə ciddi şəkildə yandığı üçün onlar xəstəxanaya çatdırılıb. Ancaq onlardan biri də xəstəxanada vəfat edib.

3 nəfərin müalicəsi isə hazırda davam edir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: Cavad

Oxşar xəbərlər