21 Yanvar 2020 11:55
1 783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Hava Yolları (THY) dünyada ən çox xanım pilotu olan aviasiya qurumudur.

Teleqraf.com xəbər verir ki, 2016-cı ildə cəmi 6 qadın pilotu olan THY-nin hazırda 211 xanım pilotu var.

Türk Hava Yollarında qadın kapitan pilotların sayı 39, ikinci qadın pilotların sayı isə 172 nəfərdir. Bununla da THY dünyada ən çox qadın pilotuna məxsus hava şirkəti hesab olunur.

THY-da hazırda pilotluq edən Səlin Sevimli, Didəm Baraqdar və İrəm Poyraz gənc xanımları pilot peşəsini seşməyə dəvət edib.

Türkyə aviasiyasında ilk qadın pilot Bədriyyə Tahir Çökməndir. O, 1930-cu ildə bu peşəni seçib.

Atatürkün mənəvi qızı olan Sabiha Çökmən isə 1936-cı ildə dünyanın ilk qadın qırıcı pilotu kimi adını dünya tarixinə yazıb.


Müəllif: Cavad

Oxşar xəbərlər