21 Yanvar 2020 23:16
2 689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə vacib partnyordur. Türkiyə eyni zamanda ən çox terror hücumuna məruz qalan müttəfiqdir. İŞİD-ə qarşı mübarizədə önəmli rol oynayır.

Teleqraf.com xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, İraq və Suriya ilə sərhəddi olan Türkiyənin atdığı addımlar olmasaydı, İŞİD-ə qarşı əldə olunan uğurları təmin etmək mümkün olmazdı.

Türkiyə ilə ABŞ arasında əldə olunan razılaşmadan sonra Suriyanın şimal-şərqində qarşıdurmaların ciddi şəkildə azaldığına işarə vuran Stoltenberq qeyd edib ki, diqqəti siyasi çözümə yönəltmək lazımdır.


Müəllif: Nərgiz

Oxşar xəbərlər