23 Sentyabr 2014 21:08
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin paytaxtı Qahirədə İsrail ilə Fələstin arasında davamlı atəşkəsin təmin olunması ilə bağlı danışıqlar başlayıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Fələstin heyətinə sədrlik edən Əzzam əl-Əhməd bildirib ki, bu gün Misir Kəşfiyyat Xidmətinin rəhbəri Muhammed Fərid ət-Təhami ilə danışıqların proqramı barədə fikir mübadiləsi aparacaqlar.

Onun sözlərinə görə, danışıqlar bu gün başlayaraq 10 gün müddətində davam edəcək. Ət-Təhami qeyd edib ki, HƏMAS və FƏTİH arasında fikir ortaqlığının təmin olunması üçün sabah fələstinlilərin öz aralarında müzakirələr də nəzərdə tutulub. Müzakirə zamanı Qəzzanın abadlaşdırılması və təhlükəsizlik məsələləri kimi vacib məqamlar barədə danışılacaq.

Fələstinin nümayəndə heyəti HƏMAS, İslam Cihad Hərəkatı və Fələstin Demokratik Qurtuluş Cəbhəsinin üzvlərindən təşkil olunub.


Müəllif:

Oxşar xəbərlər