26 Yanvar 2020 00:39
1 528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latın Amerikasında yeni böhranının əsası qoyulub. Boliviya Kuba ilə diplomatik əlaqələri dayandırdığını elan edib.

Teleqraf.com xəbər verir ki, Bliviya dövlət naziri Yerko Nunez bu məlumatı təsdiqləyib.

Nazir deyib ki, qərar Kuba xarici işlər naziri Bruno Rodriqez Parrilanın qəbul olunmaz açıqlamaları, Kubanın Boliviya qanuni hökumətinə davamlı hücumları səbəbindən verilib.

Boliviyanın istefa verən dövlət başçısı Evo Morales Kuba ilə diplomatik əlaqələrin dayandırılmasını pisləyib.

Kubanın xarici işlər naziri Rodriqez yanvarın 22-də verdiyi açıqlamada iddia edib ki, Boliviyada çevrilişçilərin çirkli yalanları onların ABŞ-a itaət etmələrinin göstəricisidir.

Qeyd edək ki, Boliviyada müvəqqəti dövlət başçısı Anez ölkədə işləyən 700-dən çox kubalı həkimə verilən əməkhaqqının yüksək olduğuna diqqqət çəkərək bunun Kuba hökumətini dəstəklənmək məqsədi güddüyünü bəyan etmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər