26 Yanvar 2020 11:24
479
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndiyə qədər Elazığda baş verən zəlzələ nəticəsində 31 nəfər həlak olub, 1,5 mindən artıq insan yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, lazım olan hər şey təbii fəlakət zonasına çatdırılıb: "Dövlət vətəndaşlara hər cür kömək göstərir. Zəlzələ nəticəsində dağılan və zərər görən evlərə dəyən ziyanın qiymətləndirilməsi üzrə işlər bitdikdən sonra bərpa işləri başlayacaq. Hazırda 3 nazirimiz, millət vəkillərimiz oradadır. Onlar komandaları ilə birlikdə dəyən ziyanın qiymətləndirmə işlərini davam etdirirlər".

Prezident 45 nəfərin dağıntılar altından xilas edildiyini söyləyib.


Müəllif: Teleqraf.com