27 Yanvar 2020 10:40
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Donald Tramp siyasi rəqibi Con Bayden və oğlu ilə bağlı araşdırma başlayana qədər Ukraynaya hərbi yardımı dondurmaq niyyətində olub.

Teleqraf.com xəbər verir ki, bu iddia ABŞ Prezidenti Trampın sabiq milli təhlükəsizlik müşaviri Con Boltonun kitabında qeyd edilir.

“Nyu York Tayms” qəzetinin yazdığı xəbərə görə, Bolton kitabında yazır ki, Tramp Ukraynaya yardımın Bayden barədə araşdırma aparılacağı təqdirdə mümkün olacağını bildirib.

Qeyd edək ki, Boltonun “Hadisənin olduğu yer” adlı kitabı mart ayında satışa çıxarılacaq.

Hazırda əlyazma şəklində olan kitabda Trampın Boltona “Ukraynalı rəsmilər Bayden ailəsi ilə bağlı araşdırma aparana qədər bu ölkəyə hərbi yardımı dondurmaq istədiyini” deyib.

Bu iddia ABŞ cəmiyyətində şok yaradıb. Demokrat senatorlar Boltonun Konqresə dəvət edilməsi və şahid qismində danışdırılmasının vacibliyini bəyan edirlər. Hesab olunur ki, bu iddia hazırda Konqresdə gedən impinçment prosesinə ciddi təsir göstərə bilər.

Qeyd edək ki, bundan əvvəl Tramp açıqlamasında Ukrayna mövzusunda Boltonun “heç bir şey bilmədiyini” iddia edib.

Boltonun vəkili Carles Kopper Axios isə bildirib ki, 2019-cu ilin dekabrında kitabın əlyazması Ağ Evin milli təhlükəsizlik müşavirliyinə məxfi zərflə göndərilib və ola bilsin ki, orada yazılanlar da mediaya buradan sızıb.


Müəllif: Cavad

Oxşar xəbərlər