28 Yanvar 2020 11:04
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ağ Dəbilqəlilər” terror təşkilatı Suriyada kimyəvi silahlardan istifadə etməklə təxribata hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin Suriyadakı hərbi nümayəndəsi Yuri Borenkov deyib.

Borenkov qeyd edib ki, “Heyət Təhrir Şam” terror təşkilatına bağlı olan dəbilqəlilər Hələbin Kəfr Həmra, İdlibin Marrat Misrin və Əriha bölgələrinə iri həcmdə xlor qazı gətirib.

Radikalların mülkiləri hədəf alacağını qeyd edən Borenkova görə, törədiləcək təxribatın məsuliyyətinin Suriya hakimiyyətinin (Bəşər Əsəd) üzərinə qoyulması planlaşdırılır.

O, terror təşkilatlarının İdlibdəki laboratoriyalarında Avropadan gəlmiş mütəxəssislərin işlədiyini bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər