29 Yanvar 2020 22:23
1 755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına ittihamlar səsləndirib.

Teleqraf.com xəbər verir ki, o, Ərdoğanı Liviya məsələsində sözünü tutmamaqda suçlayıb.

Makron, həmçinin Türkiyə liderinin suriyalı muzdlu əsgərlərin gəmilərlə Liviyaya göndərilməsinə yardım etdiyini iddia edib: "Son günlər Türkiyə gəmilərinin Liviya ərazisinə gələn suriyalı muzdlu hərbçiləri müşayiət etdiyini görürük. Bu, Ərdoğanın Berlində konfransda üzərinə götürdüyü öhdəlik və verdiyi vədlərin açıq şəkildə pozulması deməkdir".

Fransa prezidenti bu addımın Avropa üçün də təhlükə törətdiyini qeyd edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər