Suriyanın paytaxtı Dəməşqin Adra ərazisində zəhərli qaz səbəbi ilə 7 nəfər həlak olub
Teleqraf.com-un Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya Ümumi İnqilab Şurasından açıqlama verilib.
Məlumatda deyilir ki, Əsəd qüvvələri Adra ərazisinə zəhərli qazlarla hücum təşkil edib. Bunun nəticəsində çoxlu sayda boğulma halları da qeydə alınıb.
Zəhərli qazlardan ziyan görənlərin göz bəbəklərində kiçilmə, nəfəs darlığı, qusma və şüur itkisi yaşadığı deyilən açıqlamada sözügedən şəxslərin bölgədəki xəstəxanada yerləşdirildiyi qeyd edilib.
Xatırladaq ki, Əsəd qüvvələri bir həftədır davamlı şəkildə müxaliflərin nəzarətində olan Adra bölgəsinə ağır silahlarla hücum edir.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.