Rusiya Fövqəladə Hallar Nazirliyi Zabaykalye sakinlərinə havanın -45 °C-yə qədər soyuyacağına dair xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya FHN-in Zabaykalye diyarı üzrə mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əlverişsiz hava şəraiti fevralın 3-dən 6-dək davam edəcək. Bu müddət ərzində havanın temperaturu -39 °C-yə, bölgənin şimalında isə -45 °C-yə qədər enəcək.
Bundan öncə gələn həftə Moskvada gecə saatlarında havanın temperaturunun -13 °C-yə enəcəyi bildirilmişdi.