1 Fevral 2020 09:16
1 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ilk kitabı Çində tapılıb və bizim eranın 868-ci ilində yazılıb.

Teleqraf.com xəbər verir ki, adı “Diamond Sutra” olan kitabın ingilis dilində mənası “Almaz” deməkdir.

Tarixdə çap olunan ilk kitab Buddanın təlimlərindən ibarətdir. Bu məlumatlar Buddanın özündən eşidilərək yazılıb. Kitabı yazan isə onun müridlərindən biri Subhutidir.

Yeddi səhifədən ibarət kitabın altı səhifəsi mətndən ibarətdir, bir səhifəsində isə Budda və onun müridlərinin rəsmləri yer alıb.

Kitab ağacdan hazırlanış bir qəliblə çap olunub.

Kitab 1900-cü ildə taoçu bir rahib tərəfindən Tunhuanqda Budda mağarasında tapılıb. Kitabın yanında 1300 ədəd əlyazma olub.

Kitabın son səhifəsində bu ifadə yer alıb: “868-ci il mayın 11-də hörmətli valideynlərinin xatirələrini yad etmək üçün Vanq Çiy tərəfindən nəşr olunub”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər