Qətər və Pakistan hərbi hava qüvvələri paytaxt Dohada “Zəlzələ 1” adlanan hərbi təlim keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada təlimlərdə məqsədin hava qüvvələrinin döyüş qabiliyyətini artırmaq, döyüş manevrlərini tətbiq etmək və iki tərəf arasında təcrübəni bölüşmək olduğu vurğulanıb.
Birgə təlimlərin gələcəkdə də davam etdiriləcəyi bildirilib.