ABŞ Federal Təhqiqatlar Bürosunun (FBİ) direktoru Kristofer Rey Birləşmiş Ştatlar üçün ən böyük təhlükə yaradan ölkənin adını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Rey ABŞ-ın 56 regional idarəsində Çinin texnologiya oğurluğu ilə bağlı mindən çox istintaq prosesinin davam etdiyini söyləyib. Bu baxımdan FBİ direktoru Çini ABŞ üçün ən böyük təhdid kimi xarakterizə edib.
Onun sözlərinə görə, Çin Amerika texnologiyalarının əqli mülkiyyətini oğurlamaq üçün hər yola əl atır: "Bizə kommunist Çindən daha böyük hüquqi təhlükə yaradan başqa bir ölkə yoxdur".