7 Fevral 2020 00:43
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadada neft daşıyan qatar relslərdən çıxıb və partlayıb.

Teleqraf.com-un məlumatına görə, yaxınlıqdakı kəndin bütün sakinləri təxliyə edilib.

Hadisə yerli vaxtla 6:15-də ölkənin cənubunda Saskaçeven əyalətində baş verib. Məlumata görə 25-30 vaqon relslərdən çıxdıqdan sonra partlayış baş verib və nəticədə güclü yanğın olub.

Nəqliyyat Təhlükəsizliyi Agentliyi ölkənin şərqinə gedən qatarın Gernsi kəndindən 2 kilometr aralıqda relslərdən çıxdığını təsdiq edib.

Məlumatda bildirilir ki, 2019-cu ilin dekabrında eyni yerdə neft daşıyan qatarın aşması nəticəsində 1500 tondan çox neft etrafa dağılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər