Pilotların cəsədlərinin ayrı-ayrı hissələri bir həftədən sonra tapılıb
ANS PRESS-in məlumatına görə, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
"Axtarış işlərinin gedişatında Su-27 taktiki-qırıcı təyyarəsini idarə etmiş pilotların polkovnik-leytenant Erlana Nauanova və polkovnik-leytenant Denis Qorbunovun bədənlərinin hissələri aşkar edilib. Əlavə məlumat isə xüsusi komissiyanın işinin yekunlarından sonra bildiriləcək", - deyə mətbuat xidmətinin açıqlamasında bildirilir.
Qazaxıstan Müdafiə Nazirliyinə məxsus Su-27 təyyarəsi ötən çərşənbə axşamı təlim-məşq uçuşları zamanı Almatinsk ərazisində qəzaya uğramışdı. Təyyarənin içində olan hər iki pilot həlak olmuşdu.
Təyyarə Astana üzərində radarlardan itmişdi.